Paytaxtın abad məhəllələrində mini futbol yarışlarına start verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxtın abad məhəllələrində mini futbol yarışlarına start verilib

Qafar Ağayev12:18 - 16 / 04 / 2024
Paytaxtın abad məhəllələrində mini futbol yarışlarına start verilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü ərəfəsində Bakı Şəhər İcra Hakimiyyəti, Regional İnkişaf İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə Bakı şəhərinin bütün rayonlarını əhatə edən məhəllələrarası mini futbol turnirinə start verilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, 2012-2013-cü il təvəllüdlü yeniyetmələr arasında keçirilən və 2 mərhələdən - rayon və şəhər mərhələlərindən ibarət olan futbol yarışmasının əsas məqsədi yeniyetmə və gənclərdə sağlam həyat tərzinin tərbiyə olunması və onların idmanla məşğul olmağa cəlb edilməsidir.

Yarışlar Heydər Əliyev Fondunun Vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın qəsəbə və yaşayış məntəqələrində həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində yaradılan abad məhəllələrdəki mini-futbol stadionlarında keçirilir. Olimpia sistemi üzrə keçirilən yarışda ümumilikdə 1152 gənc idmançının yer aldığı 96 komanda iştirak edir.

Yarışların birinci turu aprelin 20-nə kimi paytaxt rayonlarında baş tutacaq, daha sonra isə rayon yarışlarının qalibləri Bakı şəhər mərhələsində yarışacaqlar. Respublika səviyyəli hakimlərin iştirakı ilə təşkil edilən turnirə mayın 3-də final oyunları ilə yekun vurulacaqdır.Yarışların qalibləri Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Turnirin rayon mərhələlərinə artıq start verilib. Açılış mərasimlərində iştirak edən rəsmilər, idman mütəxəssisləri yarışlar barədə məlumat verib və yeniyetmələrə turnirdə uğurlar arzulayıblar.

Hazırda turnirin rayon mərhələləri davam edir.

Paylaş:
251

Son xəbərlər

Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58
Bütün xəbərlər