Milli İnsan Resursları Forumunun proqramı bəlli oldu! | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli İnsan Resursları Forumunun proqramı bəlli oldu!

Qafar Ağayev12:41 - 16 / 04 / 2024
Milli İnsan Resursları Forumunun proqramı bəlli oldu!

“Birlikdən qazan” şüarı ilə 26 aprel 2024-ci il tarixində “Gülüstan Sarayı”da 600 nəfərdən çox iştirakçı ilə baş tutacaq Milli İnsan Resursları Forumunun spikerləri məlum olub.

“Facemark”, “HR Option“HRENGINEERING” şirkətlərinin təşkilatçılığı, “VATA” şirkətinin baş sponsorluğu, “ROOF Academic Training”, “Peoplise” “Business School Istanbul” şirkətlərinin platinum sponsorluğu, “BeIT & Partners”, “LOQO”, “DataExpert”“IST Services” şirkətlərinin gold sponsorluğu və “Anzera”, “Başkent” restoranlar şəbəkəsi və “İnnab”ın silver sponsorluğu ilə 600 nəfərdən çox şirkət nümayəndələrinin iştirakı ilə baş tutacaq forum ölkəmizdə insan resursları sahəsinin inkişafına dəstəyi və sahə üzrə yerli kadrların daha da təkmilləşdirilməsini hədəfləyir.

3 moderator və 16 spiker "Birlikdə qazan" şüarı ilə " Top uğrunda mübarizə", " Mərkəz xətti", " Oyundan kənar vəziyyət" panelləri üzrə sahəyə dair müxtəlif mövzuları müzakirə edəcəklər.

"MİRF"in layihə rəhbəri Cabir Süleymanlının moderator olduğu “Top uğrunda mübarizə” panelində “GDG Professionals” şirkətinin təsisçisi və Baş Direktoru Gülzar Quliyeva, “Kapital Bank” ASC-nin İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçı, Fərqanə Məmmədova, Veysəloğlu Şirkətlər Qrupu Qrup ofis direktoru (Aparat rəhbəri) Zaur Zeynalov, ADA Universitetinin Rekruitment Meneceri Dr. Aytəkin Hüseynova, “Peoplise” MMC-nin Satış və müştəri əlaqələri üzrə rəhbər Doğuşcan Oto və "Yüksəliş" müsabiqəsi Testlər və insan resursları şöbəsinin rəhbəri Elmira Məmmədova komanda quruculuğu istiqamətində öz təcrübələrini bölüşəcəklər.

İdarəetmə üzrə konsultant və təlimçi Elşən Bərdirxanovun moderator olduğu "Mərkəz Xətti" panelində “ALPHA Coaching & Consulting” MMC-nin İcraçı direktoru Elçin Əzimli, “Project Management Baku” MMC-nin Təsisçisi Xədicə Berktaş, İnsan resursları üzrə konsultant Vahidə Rzayeva, “PAŞA Həyat Sığorta” ASC-nin Baş İnsan resursları İnzibatçısı Coşqun İmanquluyev və “KPMG Türkiyə”nin İnsan Resursları direktoru Neslihan Çakıt komanda dinamikləri necə müəyyənləşdirilməlidir, düzgün komanda necə qurulmalıdır mövzularına toxunacaqlar.

Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının müdiri Toğrul Ələkbərovun moderator olduğu "Oyundan kənar vəziyyət" panelində “SOCAR” Əmək şəraiti normalarının işlənməsi İdarəsinin rəis müavini Elvin Mahmudov, McDonalds Azərbaycanın İnsan Resursları Departamentinin Direktoru Anar Bayramov, “BP”nin İnsanlar və Korporativ Mədəniyyət üzrə Partnyoru Çinarə Əhmədova, “PMD Hospitality” MMC-nin İnsan Resursları üzrə direktoru Azad Ömərov və “DataExpert & BMI Business School”un sədri Hasan Altunkayanın spikerliyi ilə baş tutacaq. Panel zamanı komandaların motivasiya edilməsi, komandaları uğura necə yönəltmək lazımdır kimi mövzular müzakirə ediləcəkdir.

Qeyd edək ki, tədbirin sonunda iştirakçılar sertifikatla təmin olunacaqlar. Həmçinin bu il ilk dəfə olaraq forumda HR sahəsinə dair mini tamaşanı da izləyə biləcəklər.

Milli İnsan Resursları Forumuna bilet əldə etmək və tədbir ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün forumun rəsmi internet səhifəsinə (www.mirf.az) keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz.

Facebook: https://www.facebook.com/mirfaze

İnstaqram: https://www.instagram.com/mirf.aze/

Linkedln: https://www.linkedin.com/company/mi̇rf/?viewAsMember=true

Reklam hüququnda

Paylaş:
221

Son xəbərlər

Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58
Bütün xəbərlər