Qazaxda avtomobil qaçıran keçmiş məhkum saxlanıldı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qazaxda avtomobil qaçıran keçmiş məhkum saxlanıldı - FOTO

Qafar Ağayev13:04 - 17 / 04 / 2024
Qazaxda avtomobil qaçıran keçmiş məhkum saxlanıldı - FOTO

Qazaxda avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakininə məxsus "VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Dərviş Mustafayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
234

Son xəbərlər

Bütün xəbərlər