Azərbaycan baleti İtaliyada təmsil olunacaq | 1news.az | Xəbərlər
Mədəniyyət

Azərbaycan baleti İtaliyada təmsil olunacaq

Qafar Ağayev17:25 - 17 / 04 / 2024
Azərbaycan baleti İtaliyada təmsil olunacaq

Azərbaycan mədəniyyətində, Azərbaycan klassik balet tarixində böyük mədəni hadisə baş verib.

1news.az xəbər verir ki, 17 aprel 2024-cü il tarixində İtaliyada keçirilən beynalxalq "Nervi Rozza Music Ballet Festivalı"nın mətbuat konfransında İtaliyanın “Teatro Carlo Felice” Teatrının rəhbərliyi tərəfindən ilk dəfə olaraq geniş tamaşaçı auditoriyası qarşısında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası milli klassik baletimizin Avropa səhnəsində nümayişi ilə bağlı dəvət alıb.

Bu barədə sözügedən konfransda iştirak edən dünya şöhrətli opera ifaçısı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazov məlumat verib.

Genuya Opera Tatrının baş direktoru Kladuio Orazi, bədii rəhbəri Pierancelo Konte, Genuya şəhərinin meri Karlo Bucci, regionun mədəniyyət kuratoru Cesika Nikkolini, “Ariosi Managemement” Agentliyinin direktoru Alesandro Ariosi və başqa mötəbər şəxslərin iştirakı ilə təşkil edilən mətbuat konfransında çıxış edən Y.Eyvazov bildirib ki, mədəniyyətin inkişafına daim diqqət və qayğı göstərən Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi olmadan belə möhtəşəm qastrol səfərləri baş tuta bilməzdi.

Məhz bu dəstək sayəsində dünyanın bir çox məşhur teatrları tərəfindən səhnəyə qoyulan Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Arif Məlikovun "Məhəbbət əfsanəsi" baleti bu dəfə Nervi festivalında, həmyerlilərinin ifasında açıq səma altında, möhtəşəm səhnədə nümayiş olunacaq.

Tamaşada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet artistləri ilə yanaşı Azərbaycan Dövlət Rəqs Ansamblının artistləri də çıxış edəcəklər. Y.Eyvazov bildirib ki, Teatrın 115-ci mövsümündə beynəlxalq qastrol səfərlərinə balet truppasının Rusiyanın Çelyabinsk şəhərində “Min bir gecə” baleti ilə “Yekaterina Maksimova adına Beynəlxalq Balet Festivalı”nda çıxışı ilə başalayacaq. Ardınca iyul və avqust aylarında İtalyanın Genuya və Verona (Arena De Verona səhnəsində) şəhərlərində milli balet əsərləri ilə yanaşı dünya klassik baletinin incisi olan “Qu gölü” əsəri də ifa olunacaq.

Paylaş:
982

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRHBu gün, 20:24Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46
Bütün xəbərlər