Bakıda “BMW” qaçırıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda “BMW” qaçırıldı

Qafar Ağayev10:21 - 17 / 04 / 2024
Bakıda “BMW” qaçırıldı

Bakıda nəqliyyat vasitəsi qaçırılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aprelin 16-da Nərimanov rayonu ərazisindən “BMW” markalı avtomobilin qaçırılması barədə 17-ci Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Seyran Allahverdiyev saxlanılıb.

Avtomobil saz vəziyyətdə sahibinə qaytarılıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Paylaş:
304

Son xəbərlər

Bütün xəbərlər