Sumqayıtda ər-arvad qətlə yetirildi - Oğulları saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda ər-arvad qətlə yetirildi - Oğulları saxlanıldı

Qafar Ağayev09:29 - 19 / 04 / 2024
Sumqayıtda ər-arvad qətlə yetirildi - Oğulları saxlanıldı

Aprelin 19-da Sumqayıt şəhəri ərazisində 2 nəfərin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən 1news.az-a bildirilib ki, araşdırmalarla 2000-ci il təvəllüdlü Fikrət Məmmədovun yaşadığı Sumqayıt şəhəri 41-ci məhəllə ünvanında aralarında yaranmış mübahisə zamanı 1962-ci il təvəllüdlü atası Hakim Məmmədov və anası Zərifə Məmmədovaya bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsilə cinayət işi başlanıb, F.Məmmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Paylaş:
249

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər