Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürüb

10:32 - 20 / 04 / 2024
Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürüb

Göygöldə piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın məlumatına görə, Eşqin Bayramov idarə etdiyi "VAZ 21014" markalı avtomobillə Göygöl şəhəri, Azay Kazımov küçəsində hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə o, həmin küçə ilə hərəkət edən piyada Nemət Verdiyevi vurub. Sonuncu müxtəlif xəsarətlər alaraq hadisə yerindəcə ölüb.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılır.

Paylaş:
153

Son xəbərlər

Bütün xəbərlər