Şahdağda sulu qar yağır - Faktiki hava | 1news.az | Xəbərlər
Cəmiyyət

Şahdağda sulu qar yağır - Faktiki hava

15:20 - 22 / 04 / 2024
Şahdağda sulu qar yağır - Faktiki hava

Aprelin 22-si saat 15:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində arabir güclənən şimal-qərb küləyi əsir.

1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 24 m/s, Naftalanda 20 m/s, Goranboyda 19 m/s-yə çatır. Gədəbəy, Xaltan, Astara, Qrız, Qusar, Xınalıqda şimşək çaxıb, arabir yağış, Şahdağda sulu qar yağıb.

Hazırda havanın temperaturu Bakıda və Abşeron yarımadasında 23, Naxçıvan MR-da 25, Aran rayonlarında 28, dağlıq rayonlarda 20, yüksək dağlıq ərazilərdə isə 6 dərəcəyədək istidir.

Paylaş:
367

Son xəbərlər

Bütün xəbərlər