Yeni Porsche Taycan Turbo GT təqdim edildi! | 1news.az | Xəbərlər
Cəmiyyət

Yeni Porsche Taycan Turbo GT təqdim edildi!

16:32 - 26 / 03 / 2024
Yeni Porsche Taycan Turbo GT təqdim edildi!

Porsche tam elektrikli idman avtomobilləri sıralamasını yeniləyərək Taycan Turbo GT və Taycan Turbo GT (Weissach Package) modellərini təqdim etdi.

0-100 km/saat sürətlənməsi 2.2 saniyə olan Yeni Taycan Turbo GT (Weissach Package), 1108 at gücünə sahibdir. Elektromobilə əlavə edilmiş “Attack Mode” sayəsində 120 kW-dək əlavə güc təmin edə bilən Taycan Turbo GT, həmçinin də son günlərdə avtomobil dünyasının gündəmində olan “Porsche Active Ride” asqı sisteminə sahibdir.

Məşhur Nürburgring trekində 7:07.55 dəqiqə rekordu ilə Taycan Turbo S-in rekordunu yeniləyən Yeni Taycan Turbo GT, elektromobillər dünyasında qaydaları dəyişməyə hazır olduğunu sübut etdi. Təbii ki, burada Turbo GT-nin təkmilləşdirilmiş əyləc sistemi, döngələrdə göstərdiyi performans, aerodinamika və avtomobilin sürətlənmə zamanı stabilliyini qoruması da böyük rol oynayır.

Porsche Bakı Mərkəzi tərəfindən, Yeni Taycan Turbo GT modellərinin rəsmi satışına və öncədən sifarişlərin qəbuluna start verilmişdir. Daha ətraflı məlumat almaq üçün Porsche Bakı Mərkəzi ilə əlaqə saxlamağınız xahiş olunur.

Porsche Bakı Mərkəzi

Əlaqə : (050) 511 33 44

Ünvan : Mikayıl Əliyev, 7.

Reklam hüququnda

Paylaş:
1092

Son xəbərlər

Bütün xəbərlər