Tam Elektrikli Yeni Porsche Macan təqdim edildi - FOTO
İlk tam-elektrikli Porsche SUV-si kimi tarixə keçən yeni Porsche Macan bənzərsiz E-Performance üstünlüyü, yeni sürüş təcrübəsi və diqqətçəkən dizayn xətləri ilə tamamilə yeni səviyyədə çıxış etməyə hazırdır.
“Macan 4” və 0-100 km/s sürətlənməsi sadəcə 3.3 saniyə olan “Macan Turbo” modelləri ilə təqdim edilən elektrikli SUV, 800 Volt arxitekturasına sahib “800-volt Premium Electric” platforması ilə təchiz edilmişdir və tam şarj ilə 613 km-dək məsafə qət etmək mümkündür. Həmçinin Yeni Macan Turbo modeli 470 kW / 639 at gücünə sahibdir və 1130 Nm fırlanma anı hasil edir.
270 kW DC şarjetmə cihazında 10%-dən 80%-dək sadəcə 21 dəqiqədə şarjoluna bilən Yeni Macan modelləri, elektromobil həvəskarları tərəfindən heyrətlə qarşılanmışdır.
Yeni Tam Elektrikli Porsche Macan modelləri sələfi ilə müqayisədə daha geniş gövdə və uyğun olaraq daha geniş interyeri ilə də seçilməyi bacarır.
Həmçinin matriks LED texnologiyası, interyerdə 3-lü displey, yeni aktiv və passiv aerodinamik göstəricilər, Porsche Active Suspension Management (PASM) və.s kimi özəlliklərlə də diqqət mərkəzində olan tam elektrikli Porsche SUV-sinin rəsmi olaraq satışlarına və Porsche Bakı Mərkəzi tərəfindən öncədən sifarişlərin qəbuluna start verilmişdir. Daha ətraflı məlumat almaq üçün Porsche Bakı Mərkəzi ilə əlaqə saxlamağınız xahiş olunur.
Porsche Bakı Mərkəzi
Əlaqə : (050) 511 33 44
Ünvan : Mikayıl Əliyev, 7.
Reklam hüququnda