Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQ

Qafar Ağayev12:34 - 25 / 04 / 2024
Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQ

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərləri yayan media qurumlarına xəbərdarlıq edib.

1news.az Baş Prokurorluğun yaydığı məlumatı təqdim edir:

"Xəbər verildiyi kimi, 1951-ci il təvəllüdlü Nəsib Quliyevin aprelin 24-də yaşadığı evdə odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatırma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Təəssüflə bildiririk, baş vermiş hadisə ilə əlaqədar bəzi sosial media səhifələri (istifadəçiləri) və xəbər portalları tərəfindən rəsmi qurumla dəqiqləşdirmə aparılmadan, istintaq sirrinə dair tələblər pozularaq cinayət işi üzrə hadisənin motivi, baş vermə səbəbi və mexanizmi, zərərçəkmiş şəxs barədə şəxsi və ailə sirrini təşkil edən məlumatlar, o cümlədən yayılması qanunvericiliklə yolverilməz hesab olunan və qadağan edilmiş digər informasiyalar ictimailəşdirilib.

Qeyd edilən hallar jurnalist etikasının pozulmasına səbəb olmaqla yanaşı, qanunvericiliklə nəzərdə tutulan qaydada inzibati və cinayət məsuliyyətinə səbəb olur.

Nəzərə alınmalıdır ki, Cinayət Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, ibtidai araşdırma məlumatları jurnalistlər tərəfindən yalnız müvafiq olaraq müstəntiqin, təhqiqatçının, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi ilə ibtidai araşdırmanın maraqlarına zidd olmayan və cinayət prosesinin digər iştirakçılarının hüquq və qanuni mənafelərini pozmayan həddə yayıla bilər.

Odur ki, media subyektləri və sosial şəbəkə istifadəçilərindən qeyd olunan məsələyə həssaslıq nümayiş etdirməklə qanunvericiliyin tələblərinə riayət etməyi, dəqiqləşdirilməmiş və təhrif olunmuş məlumatların ictimailəşdirilməsindən çəkinməyi xahiş edirik" - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Respublikanın sabiq baş pediatrı Nəsib Quliyev aprelin 24-də yaşadığı evdə odlu silahdan atəş açaraq intihar edib.

Paylaş:
210

Son xəbərlər

Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52
Bütün xəbərlər