Sabirabadda 28 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabirabadda 28 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb

16:58 - 29 / 04 / 2024
Sabirabadda 28 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb

Sabirabad rayon sakinini elektrik cərəyanı vurub.

1news.az-ın “Report”a istinadən məlumatına görə, hadisə rayonun Polad Toğay kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Ramil Mübariz oğlunu iş zamanı ehtiyatsızlıqdan elektrik cərəyanı vurub. O, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
344

Son xəbərlər

Bütün xəbərlər