Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

09:11 - 29 / 04 / 2024
Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

Aprelin 28-də saat 21 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 1976-cı il təvəllüdlü Sevinc Əhmədağayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə 1news.az-a Abşeron Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı 1974-cü il təvəllüdlü Laçın Əhmədağayevin yaşadıqları evdə arvadı Sevinc Əhmədağayevaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Laçın Əhmədağayev prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Paylaş:
156

Son xəbərlər

Bütün xəbərlər