Yardımlıda mal-qara oğurlayan şəxslər saxlanılıblar | 1news.az | Xəbərlər
Cəmiyyət

Yardımlıda mal-qara oğurlayan şəxslər saxlanılıblar

09:37 - 29 / 04 / 2024
Yardımlıda mal-qara oğurlayan şəxslər saxlanılıblar

Yardımlıda mal-qara oğurlayan şəxslər saxlanılıblar.

Bu barədə 1news.az-a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Məlumata görə, Yardımlı rayon sakini olan iki nəfər yaşadıqları kəndin ərazisindəki örüş sahəsindən iki baş inəyin oğurlanması barədə polisə məlumat verib.

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən X.Baloğlanlı və tanışı Ş.Əliyev müəyyən edilərək saxlanılıblar.

Araşdırmalar aparılır.

Paylaş:
209

Son xəbərlər

Bütün xəbərlər