“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanılıb

13:45 - 30 / 04 / 2024
“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanılıb

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) “E-Şikayət” sisteminin imkanlarını genişləndirir.

1news.az xəbər verir ki, artıq vətəndaşlar adıçəkilən sistem üzərindən xidmətindən narazı qaldıqları poçt (karqo) rabitəsi operatorlarından tənzimləyici quruma şikayət edə biləcəklər.

Bunun üçün istifadəçilər əvvəlki qaydada müvafiq link vasitəsilə “E-Şikayət” sisteminə daxil ola bilərlər. İstifadəçilər “İdentifikasiya nömrəsi ilə” bölməsinə daxil olduqdan sonra avtomatik olaraq “Abunəçi” səhifəsinə yönləndirilirlər. Daha sonra isə vətəndaş üçün avtomatik yaradılmış “Abunəçi kabineti”ndən müraciət və ya şikayəti tənzimləyici qurum olan İKTA-ya ünvanlamaq imkanı əldə edilir.

Qeyd edək ki, hazırda həm də “E-Şikayət” sistemi vasitəsilə internet, telefon rabitəsi, mobil internet və mobil telefon kimi telekommunikasiya xidmətləri üzrə də müraciətlərin qəbulu həyata keçirilir.

“E-Şikayət” sistemindən istifadə ilə bağlı ətraflı məlumatı vizual təlimata nəzər yetirməklə əldə etmək olar. Vətəndaşlar, həmçinin sürətli poçt rabitəsi xidməti göstərən lisenziyalı poçt rabitəsi operatorlarının interaktiv siyahısı ilə İKTA-nın rəsmi saytında tanış ola bilərlər.

Adıçəkilən sistemdə vətəndaşlarla yanaşı, poçt rabitəsi operatorlarının da müvafiq səhifəyə daxil olması üçün imkan yaradılıb. Belə ki, lisenziyalı poçt rabitəsi operatorlarının sistemin idarə olunması üzrə təlimatlandırılmış əməkdaşı müraciət və ya şikayətlə tanış olmaq və onu icra etmək üçün qeyd olunan linkə keçid edərək “ASAN İmza” və ya “SİMA Token” (Elektron İmza) giriş üsullarından birini seçib şirkətin rəsmi səhifəsinə daxil ola biləcək.

Xatırladaq ki, 2023-cü ilin noyabrında yaradılan “E-Şikayət” sistemi üzrə indiyə qədər 600-dən artıq müraciət daxil olub və onların böyük əksəriyyəti müsbət həllini tapıb.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

Paylaş:
327

Son xəbərlər

ABB mobile tətbiqi yüksək təhlükəsizlik sertifikatı aldı!02 / 12 / 2024, 21:00Azər Türk Bank güzəştli kredit kampaniyasını davam etdirir02 / 12 / 2024, 20:53Azərbaycan və Qvineya-Bisau enerji əməkdaşlığı imkanlarını müzakirə ediblər02 / 12 / 2024, 17:51Bakıda həbs edilən tanınmış uşaq bağçasının direktorunun məhkəməsi başlayır, 100-dən çox zərərçəkən var02 / 12 / 2024, 17:46MSK bələdiyyə seçkilərinə xaricdən müşahidəçi dəvət etməyəcək02 / 12 / 2024, 17:30Astarada axtarılan yeniyetmənin meyiti tapılıb02 / 12 / 2024, 17:23Şuşanın tanınmış Mehmandarovlar nəslinin görkəmli xadimləri02 / 12 / 2024, 17:04Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə endirilmiş sürət həddi bərpa edilib - YENİLƏNİB02 / 12 / 2024, 16:55Bakıda hərbçi qəfil vəfat etdi02 / 12 / 2024, 16:27Azərbaycanda payızlıq əkinlərin bəyan müddəti bu ayın sonunda başa çatır02 / 12 / 2024, 15:59Bələdiyyə iclaslarının keçirilməsinə dair yeni prosedur müəyyənləşdi02 / 12 / 2024, 15:39Prokurorluğa qəbul üzrə imtahanın nəticələri açıqlanıb02 / 12 / 2024, 15:24Sevgilisini öldürüb evin həyətində basdırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb02 / 12 / 2024, 15:08Bakı metrosunda ventilyatorlar qış qrafikinə keçirilib02 / 12 / 2024, 14:47Azad edilmiş ərazilərdə noyabrda aşkarlanan minaların sayı açıqlandı02 / 12 / 2024, 14:42Çəpgözlük əməliyyatı icbari tibbi sığorta hesabına qarşılanır02 / 12 / 2024, 14:41Turizmin COP-da simvolu olan nar ağacı Braziliyada əkilib02 / 12 / 2024, 14:36RİNN haqqında əsasnamə dəyişib02 / 12 / 2024, 14:30Daha bir məktəbdə yanğın olub02 / 12 / 2024, 14:10Suriyada gərginlik artır: Hava hücumlarında 3 nəfər həlak oldu02 / 12 / 2024, 13:54
Bütün xəbərlər