AMB sədri 2024-cü ildə neftin proqnozlaşdırılan orta qiymətini açıqladı | 1news.az | Xəbərlər
Cəmiyyət

AMB sədri 2024-cü ildə neftin proqnozlaşdırılan orta qiymətini açıqladı

12:01 - 01 / 05 / 2024
AMB sədri 2024-cü ildə neftin proqnozlaşdırılan orta qiymətini açıqladı

“ 2024-cü ildə bir barel neftin orta qiyməti Azərbaycan Mərkəzi Bankı tərəfindən 85,7 ABŞ dolları səviyyəsində proqnozlaşdırır”.

1news.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 2025-ci ildə bir barel neftin orta qiymətinin 83,5 ABŞ dolları olacağı gözlənilir.

"Həmçinin qaz qiymətləri bu il üçün min kubmetrə 281 ABŞ dolları, gələn il üçün isə 299 ABŞ dolları səviyyəsində nəzərdə tutulub", - deyə AMB sədri vurğulayıb.

Paylaş:
213

Son xəbərlər

Bütün xəbərlər