Ağcəbədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağcəbədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb

Qafar Ağayev15:43 - 02 / 05 / 2024
Ağcəbədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb

Ağcəbədi rayonun Sarıcalı kəndində qadın qətlə yetirilib, qaynı saxlanılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 2-də saat 15 radələrində Ağcabədi rayonunun Sarıcalı kəndi ərazisində 1991-ci il təvəllüdlü Məhərrəmova Nəzmiyyə Vitalif qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının qohumu (qaynı) 1992-ci il təvəllüdlü Məhərrəmov Elgiz Sərhad oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:
324

Son xəbərlər

Bütün xəbərlər