Həftəsonu Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Həftəsonu Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi

Qafar Ağayev17:50 - 02 / 05 / 2024
Həftəsonu Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi

ADY həftəsonu artan sərnişin tələbatını təmin etmək üçün 4-5 may tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edib.

ADY-dən 1news.az-a verilən məlumata görə, həmçinin Bakı-Qəbələ-Bakı marşrutu ilə hərəkət edən qatarlarımız da hər həftəsonu xidmət göstərir.

Biletləri dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə edə bilərsiniz.

Paylaş:
302

Son xəbərlər

Bütün xəbərlər