Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə yeni direktor təyin olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə yeni direktor təyin olunub

Qafar Ağayev10:23 - 02 / 05 / 2024
Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə yeni direktor təyin olunub

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Hicran Əyyubova 01.05. 2024-cü il tarixindən Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsinə təyin edilib.

1news.az xəbər verir ki, Hicran Əyyubova Azərbaycan Dillər Universitetində bakalavriat, Gəncə Dövlət Universitetində isə magistratura səviyyəsi üzrə təhsil alıb. O, 2006-2022-ci illərdə İ.Şıxlı adına Qazax rayonu Kosalar kənd tam orta məktəbində müəllim, 16.12.2022-ci il tarixindən isə Qazax şəhər Q.Hacımahmudova adına ümumi orta məktəbində direktor vəzifəsində çalışıb. İngilis, fransız, türk dillərini bilir.

Qeyd edək ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən keçirilən monitorinqlərin məqsədi orta ixtisas təhsili müəssisələrində kadr potensialının və tədris prosesinin təkmilləşdirilməsidir.

#EATDA

Paylaş:
224

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər