Səbaildə suyun verilməsində məhdudiyyətlər yaranıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Səbaildə suyun verilməsində məhdudiyyətlər yaranıb

Qafar Ağayev10:30 - 02 / 05 / 2024
Səbaildə suyun verilməsində məhdudiyyətlər yaranıb

Bakının Səbail rayonunun bir hissəsində içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

Bu barədə 1news.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən məlumat verib.

Bildirilib ki, su kəmərində baş vermiş qəza ilə əlaqədar mayın 2-də Səbail rayonunun bir hissəsinə (Neftçilər prospekti, Zərifə Əliyeva küçəsi, İçərişəhərin bir hissəsi) içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

Agentlik bununla əlaqədar abonentlərdən üzr istəyir.

Paylaş:
290

Son xəbərlər

Bütün xəbərlər