Bakıda İƏT-in Birinci Turoperatorlar Forumu keçirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda İƏT-in Birinci Turoperatorlar Forumu keçirilir

11:35 - 02 / 05 / 2024
Bakıda İƏT-in Birinci Turoperatorlar Forumu keçirilir

2-3 may tarixlərində Bakıda Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və İqtisadi Əməkdaşlıq Təşkilatının birgə təşkilatçılığı ilə “İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Birinci Turoperatorlar Forumu” keçirilir.

1news.az xəbər verir ki, görüşdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Türkiyə, İran və Pakistan daxil olmaqla təşkilatın 9 üzv ölkəsindən rəsmi dövlət nümayəndələri və turizm sənayesi nümayəndələri iştirak edir.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri Kənan Qasımov forumun İƏT regionu üzrə turizm sənayesinin nümayəndələri arasında əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyət kəsb etdiyini, üzv dövlətlər arasında turizm üzrə bilik və təcrübə mübadiləsi, eləcə də qarşılıqlı tanıtım və təbliğat tədbirləri üçün mühüm platforma olduğunu qeyd edib. O həmçinin Dövlət Turizm Agentliyi və İƏT arasında əlaqələrin inkişafını diqqətə çatdıraraq, 2023-cü ilin dekabr ayında Bakının “İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin birinci görüşü”nə uğurla ev sahibliyi etdiyini vurğulayıb.

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş Katibi Xusrav Noziri çıxışında forumun təşkilata üzv dövlətlərin tur operatorlarının şəbəkəsinin gücləndirilməsi istiqamətində mühüm addım olduğunu qeyd edərək bu təşəbbüsün reallaşmasına verdiyi dəstəyə görə Dövlət Turizm Agentliyinə təşəkkürünü bildirib. O, tur operatorlar arasında əlaqələrin inkişaf etdirilməsinin yeni turizm məhsulları və marşrutlarının yaranmasına töhfə verəcəyini, yalnız təşkilatdaxili deyil, həm də qlobal olaraq regionunun zəngin mədəni, təbii və tarixi sərvətlərinin tanıdılması üçün önəmli imkanlar ehtiva etdiyini bildirib. Baş Katib təşkilatın 2025-ci üzrə strategiyası çərçivəsində dövlət-özəl tərəfdaşlığının təşviqinə dəstək mexanizmi kimi İƏT-in Turizm Agentlikləri Federasiyasının yaradılmasını təklif edib.

Tədbir çərçivəsində "İƏT regionunda turizm: imkanlar və problemlər” açılış sessiyasından sonra "İƏT region üzrə birgə tur paketlərin hazırlanması və həyata keçirilməsi”, “Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının dəstəyi ilə Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Türkiyədən Azərbaycana mütəmadi tanışlıq səfərlərinin təşkili”, “Yaxın Şərq və Qərbi Asiya boyunca İpək Yolları: təşkilati baxımından tarixi İpək Yolu nəqliyyat marşrutunun yenidən qurulması” mövzularında panel müzakirələr keçiriləcək.

“İƏT region üzrə birgə tur paketlərin hazırlanması və həyata keçirilməsi” üzrə panel sessiyasında üzv ölkələr arasında turizm əlaqələrinin inkişaf etdirilməsi məqsədilə müxtəlif turların təşkil edilməsi məsələsi müzakirə olunub.

Müzakirələrdə İstanbul, Buxara, Səmərqənd, Xivə kimi İpək Yolu üzərində yerləşən qədim şəhərləri birləşdirən çoxtərəfli turların, eləcə də tarixi məscidlər, bazarlar və ənənəvi sənətkarlıq nümunələrinin sərgiləndiyi muzeylər daxil olmaqla üzv ölkələrin zəngin mədəni irsini tanıtmaq məqsədi daşıyan, əsasən qonşu olan iki üzv ölkə arasında ikitərəfli turların təşkil edilməsi haqqında təkliflər səsləndirilib.

Eləcə də İƏT-in turizm paytaxtı seçilmiş şəhərlərini - Düşənbə (2021), Sari (2022), Ərdəbil (2023), Şəxrisəbz (2024), Ərzurum (2025) və Şuşanı (2026) birləşdirən turların, üzv ölkələrin UNESCO-nun Ümumdünya mədəni irs siyahısına düşən maddi mədəni irs nümunələrini əhatə edən turların, həmçinin haykinq, trekinq, kempinq üçün əlverişli təbiət turizminin imkanlarının təbliğ edildiyi və əyləncə turizmi üzrə turların təşkil edilməsi haqqında müzakirələr aparılıb.

Tədbirin ikinci günündə yerli və xarici turoperatorların iştirakı ilə B2B (biznesdən-biznesə) formatlı qarşılıqlı əməkdaşlıq görüşləri təşkil ediləcək, tədbirin yekunlarına dair müzakirələrin aparılması məqsədilə dəyirmi masa keçiriləcəkdir.

Paylaş:
197

Son xəbərlər

Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40Bu gündən Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayırBu gün, 12:37Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00
Bütün xəbərlər