“PAŞA Bank”a İnsan Resursları üzrə Baş Direktor təyin edilib
“PAŞA Bank” ASC-də yeni təyinat olub - Zibeydə Hacıyeva İnsan Resursları üzrə Baş Direktor təyin edilib (CHRO).
1news.az-ın məlumatına əsasən, onun təyin olunduğu vəzifə İnsan resursları üzrə baş direktordur. Bu vəzifə çərçivəsində o insan resursları və isdedadların idarə edilməsi funksiyası, “Agile” ekspert mərkəzi, habelə SƏTƏM və inzibatçılıq istiqamətlərinin fəaliyyətini idarə edəcəkdir.
Z.Hacıyeva 2022-ci ilin fevral ayından PAŞA Bankda çalışır və burada İnsan Resursları Departamentinin direktoru vəzifəsində çalışır.
O, insan resurslarının idarə edilməsi sahəsində beynəlxalq və yerli şirkətlərdə 20 ilə yaxın təcrübəyə malikdir.
Z.Hacıyeva BDU-da hüquq, Britaniyanın Nottingem Trent Universitetində insan resurslarının idarə edilməsi ixtisası üzrə təhsil alıb.