ABŞ səfiri Şuşaya gedib | 1news.az | Xəbərlər
Cəmiyyət

ABŞ səfiri Şuşaya gedib

Qafar Ağayev13:10 - 06 / 05 / 2024
ABŞ səfiri Şuşaya gedib

ABŞ səfiri Mark Libby Şuşaya gedib.

1news.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

“Bu gün səfir Libby xanımı Danusia ilə birlikdə Füzuli və Şuşa şəhərlərinə səfər edib.

Səfər zamanı səfir hökumət nümayəndələri ilə görüşməyi, xanımı ilə birlikdə Şuşa qalası, Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, Vaqif məqbərəsi ilə tanış olmağı və Cıdır düzünü gəzməyi və səfirliyin dəstəklədiyi ingilis dili proqramında iştirak edən yerli təhsil işçiləri ilə görüşməyi planlaşdırır”, - səfirliyin məlumatında qeyd olunub.

Paylaş:
233

Son xəbərlər

Bütün xəbərlər