İtkin düşən Gülalı Dadaşov 30 il sonra dəfn edildi - FOTO
Birinci Qarabağ müharibəsi zamanı itkin düşən və 30 ildən sonra meyitinin qalıqları tapılan Gülalı Dadaşov dəfn edilib.
1news.az “Report”a istinadən xəbər verir ki, onun meyitinin qalıqları Bakının Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, G. Dadaşov 1994-cü ildə Xaçmaz rayonunun Sibiroba kəndindən Qarabağda gedən döyüşlərdə iştirak etmək üçün yollanmışdı. O, Füzuli rayonunun Əbdürrəhmanlı kəndində itkin düşmüşdü.
252