Bakıda 4-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu keçirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 4-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu keçirilir

Qafar Ağayev10:30 - 07 / 05 / 2024
Bakıda 4-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu keçirilir

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr, Qadınların iqtisadi hüquq və imkanlarının genişləndirilməsi və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqu keçirilir.

1news.az xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Statistika Komitəsi və Mərkəzi Bankın, BMT agentlikləri, beynəlxalq maliyyə institutları, elm ictimaiyyətinin və beyin mərkəzlərinin təmsilçiləri, özəl sektorun nümayəndələri iştirak edirlər.

Tədbir çərçivəsində Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına baxış keçiriləcək.

Həmçinin, DİM üzrə Dialoq silsiləsi əsas maraqlı tərəflər, o cümlədən Hökumət, BMT, özəl sektor, vətəndaş cəmiyyəti, beynəlxalq maliyyə institutları və inkişaf tərəfdaşları üçün bilikləri stimullaşdırmaq, beynəlxalq qabaqcıl təcrübələri təqdim etmək və Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinə uyğun olaraq Azərbaycanın 2030-cu il Strategiyası çərçivəsindəki milli prioritetlərin icrasında Azərbaycan Hökumətinə və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasına praktiki dəstək üçün innovativ həllərə şərait yaratmaqdan ötrü platforma funksiyasını yerinə yetirmək məqsədini daşıyır.

Hər DİM Dialoqu Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası ilə məsləhətləşmə şəraitində seçilmiş xüsusi mövzuya həsr olunur. Hər dialoqdan sonra Siyasət İcmalı hazırlanır. Bu, kontekstin qısa təhlili, beynəlxalq qabaqcıl təcrübələrdən nümunələr, habelə mövzu üzrə praktiki siyasət tövsiyələri ilə bağlı bir bölmədən ibarət analitik sənəddir.
2022-ci ilin noyabr ayında ilk DİM Dialoqu keçiriləndən bəri, 3 DİM Dialoqu keçirilib. İlk DİM Dialoqu "Azərbaycanda yaşıl transformasiya", ikincisi "2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik", üçüncüsü isə "2023-cü ilin Qlobal DİM Sammitinin nəticələri və DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu" mövzusuna həsr olunub.

Qeyd edək ki, BMT və onun tərəfdaşları Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində çalışırlar. Bu tərəfdaşlıq nəticəsində Azərbaycan dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə edən 17 DİM-i, 88 hədəfi və 119 göstəricini prioritetləşdirib. 2017 və 2019-cu illərdə iki Könüllü Milli Hesabat (KMH) hesabatını təqdim etməklə Azərbaycan 2019-cu ilədək MDB məkanında ilk olaraq iki KMH təqdim edən ölkə olub.

Paylaş:
180

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər