İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Qafar Ağayev11:52 - 07 / 05 / 2024
İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Dövlət tibb müəssisələri arasında ilk dəfə olaraq Kliniki Tibbi Mərkəzdə (KTM) epileptik ocaqların aşkar edilməsi və onun beyindən xaric edilməsi üzrə ağır cərrahi əməliyyat icra olunub.

KTM-in mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Mərkəzin Neyrocərrahiyyə şöbəsinin müdiri, uzman neyrocərrah Fərid Qaralov və uzman neyrocərrah Nicat Bayramlı və assistent, Neyrocərrahiyyə şöbəsinin həkim-rezidenti Elşən Əhmədlinin iştirakı ilə həyata keçirilən əməliyyat uğurla başa çatıb. Pasiyent üzərində sol tərəfli anterior temporal lobektomiya və amiqdalohipokampektomiya cərrahi əməliyyat 3 saat davam edib və müsbət nəticə əldə olunub.

Əməliyyat sonrası xəstədə nevroloji defisitsizdir və postop dövrdə epileptik tutma qeyd olunmayıb. Xəstə nevroloqun nəzarəti altında ambulator müalicə üçün evə buraxılıb.

Məlumat üçün bildirək ki, həyata keçirilən əməliyyat bu günə qədər, əsasən, xaricdə və qismən bəzi özəl tibb müəssisələrində baş tutub.

Epileptik ocaqların aşkar edilməsi, onun beyindən xaric olunması əməliyyatının KTM-də icra edilməsi yüzlərlə vətəndaş üçün də əlçatan olacaq.

Qeyd edək ki, vətəndaş 16 yaşlı Sayıl Allahverdiyev uzun zaman hər gün çoxsaylı epileptik qıcolma şikayətinin olması səbəbilə Mərkəzə müraciət edib.

İkili yüksək doza antiepileptik dərman içməsinə baxmayaraq, nəticə əldə olunmayıb. Çəkilən MRT müayinəsi zamanı xəstədə sol Mezial temporal skleroz (MTS) aşkarlanıb. EEG müayinəsi ilə diaqnoz təsdiqlənib.

Qeyd edək ki, epilepsiya doğuş zamanı və ya doğuşdan sonra hər hansı səbəbdən beyni zədələnən insanlarda yaranır. Anidən baş verən epileptik tutmalar beynin müəyyən və ya bütün hissəsinə yayılır. Dərman terapiyası əksər xəstələrdə təsirli olsa da, bəzi xəstələrdə gözlənilən effekti vermir və epilepsiyaya səbəb olan əsas vəziyyətə görə bu xəstələrə cərrahi müdaxilə tətbiq edilir.

Paylaş:
181

Son xəbərlər

Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23
Bütün xəbərlər