Sahil qəsəbəsində qanunsuz tikilən obyekt sökülüb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sahil qəsəbəsində qanunsuz tikilən obyekt sökülüb - VİDEO

Qafar Ağayev12:37 - 07 / 05 / 2024
Sahil qəsəbəsində qanunsuz tikilən obyekt sökülüb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən 1news.az-a verilən xəbərə görə, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikilən obyekt sökülüb.

Paylaş:
291

Son xəbərlər

Bütün xəbərlər