Masallıda narkotik vasitə satan şəxslər saxlanılıblar - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Masallıda narkotik vasitə satan şəxslər saxlanılıblar - FOTO

09:07 - 08 / 05 / 2024
Masallıda narkotik vasitə satan şəxslər saxlanılıblar - FOTO

Masallıda narkotik vasitə satan şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan 1news.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər oğurluq əməlinə görə məhkum olunmuş Ramin Abiyev saxlanılıb. Ondan 3 kiloqram marixuana, 1 kiloqram metamfetamin aşkarlanıb.

Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuşlar- İlqar Əkbərli və Azad Səfərov saxlanılıblar. Onlardan heroin və metamfetamin aşkarlanıb.

Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar aparılır.

Paylaş:
280

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər