ADY-nin qatarları ilə səfər edənlərin sayı artıb - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

ADY-nin qatarları ilə səfər edənlərin sayı artıb - STATİSTİKA

Qafar Ağayev10:38 - 08 / 05 / 2024
ADY-nin qatarları ilə səfər edənlərin sayı artıb - STATİSTİKA

Bu ilin aprel ayında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) şəhərətrafı və ölkədaxili qatarları ilə səfər edənlərin sayı 21,4 % artaraq 684,862 minə çatıb.

1news.az ADY-yə istinadən xəbər verir ki, apreldə səfər edənlərin 95,8 %-i və ya 656,269 mini Abşeron dairəvi dəmir yolu xətti üzrə səyahət edib. Bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 21,8 % çoxdur.

Hesabat dövründə Bakı-Ağstafa-Bakı dəmir yolu xətti üzrə səfər edənlərin sayı 6,3 % artaraq 24,975 minə, Bakı-Qəbələ-Bakı dəmir yolu xətti üzrə səfər edənlərin sayı isə 2,2 dəfə artaraq 3,618 minə çatıb.

Paylaş:
289

Son xəbərlər

Bütün xəbərlər