Lənkəranda evdən oğurluq edən şəxslər saxlanılıblar | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəranda evdən oğurluq edən şəxslər saxlanılıblar

12:28 - 08 / 05 / 2024
Lənkəranda evdən oğurluq edən şəxslər saxlanılıblar

Lənkəranda evdən oğurluq edən şəxslər saxlanılıblar.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məulamata görə, Liman şəhəri ərazisində yerləşən evlərin birindən 8 min ABŞ dolları və 930 min rus rublunun oğurlanması ilə bağlı polisə məlumat daxil olub. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Rahim Əkbərov, Elşən Mirzəzadə Bakı şəhərində, Rövşən Nuruşov isə Saatlıda saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, dəstənin digər üzvlərinə həmin evdə külli miqdarda pulun olması barədə məlumatı zərərçəkənin qohumu R.Əkbərov verib.

Araşdırmalar davam etdirilir.

Paylaş:
492

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər