İntensiv yağışlar səbəbindən Qəbələdəki Nohur gölündə suyun səviyyəsi artıb - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

İntensiv yağışlar səbəbindən Qəbələdəki Nohur gölündə suyun səviyyəsi artıb - FOTO - VİDEO

17:55 - 11 / 05 / 2024
İntensiv yağışlar səbəbindən Qəbələdəki Nohur gölündə suyun səviyyəsi artıb - FOTO - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisindəki Nohur gölündə suyun səviyyəsinin artması və ətraf ərazilər üçün təhlükəli vəziyyətin yaranması barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, bununla əlaqədar əraziyə FHN-in Şimal-qərb Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda Mərkəzin qüvvələri tərəfindən gölün daşmasının qarşısını almaq məqsədi ilə suyun səviyyəsinin endirilməsi və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.

Paylaş:
256

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər