İmişlidə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib – YENİLƏNİB 1 | 1news.az | Xəbərlər
Cəmiyyət

İmişlidə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib – YENİLƏNİB 1

14:17 - 13 / 05 / 2024
İmişlidə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib – YENİLƏNİB 1

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Siyavuş Eldar oğlu İsmayılovla İmişli rayonunun Şahverdili kəndində keçirilən vida mərasimi başa çatıb.

1news.az “Report”a istinadən məlumatına görə, şəhidin nəşi Şahverdili kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, İmişli Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

13:49

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Siyavuş Eldar oğlu İsmayılovla İmişli rayonunun Şahverdili kəndində keçirilən vida mərasimi başa çatıb.

1news.az “Report”a istinadən məlumatına görə, şəhidin nəşi dəfn olunmaq üçün Şahverdili kənd qəbiristanlığına aparılır.

13:19

Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Siyavuş Eldar oğlu İsmayılovun meyitinin qalıqları İmişli rayonuna gətirilib.

1news.az “Report”a istinadən məlumatına görə, şəhidin nəşi rayonun Şahverdili kəndində ailəsinə təhvil verilib.

Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Siyavuş Eldar oğlu İsmayılov 1967-ci il noyabrın 1-də İmişli rayonunun Şahverdili kəndində anadan olub. O, 1994-cü ilin yanvarın 26-da Füzuli rayonunun Əbdürrəhmanlı kəndi ərazisində itkin düşüb.

S.İsmayılov Şahverdili kənd qəbiristanlığında dəfn olunacaq.

Paylaş:
336

Son xəbərlər

Şamaxıda narkokuryer tutuldu26 / 07 / 2024, 17:48MSK parlament seçkiləriylə əlaqədar seçki bülletenlərinə aid tələbləri təsdiqləyəcək26 / 07 / 2024, 17:40Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib26 / 07 / 2024, 17:27Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinə dekan təyin olunub26 / 07 / 2024, 17:24AZAL iki milyonuncu sərnişinini mükafatlandırdı26 / 07 / 2024, 17:08Aİ Şurası Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndə təyin edib26 / 07 / 2024, 17:05PAŞA Holding-in törəmə şirkətlərindən olan PAŞA Sığorta “İnklüzivlik ayı” adı altında sosial layihə həyata keçirib - FOTO26 / 07 / 2024, 17:00Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb26 / 07 / 2024, 16:49Qazaxıstanla müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq haqqında saziş təsdiqləndi26 / 07 / 2024, 16:41Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu yenidən qurulur - FOTO26 / 07 / 2024, 16:37Şimşək, yağış, 33 dərəcə isti - Faktiki hava26 / 07 / 2024, 16:29Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib26 / 07 / 2024, 16:23İqtisadiyyat Nazirliyində qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib26 / 07 / 2024, 16:15Milli Hidrometeorologiya Xidməti gözlənilən güclü küləkli hava şəraiti və sel təhlükəsi ilə bağlı çağırış edib26 / 07 / 2024, 16:01Qatarlara minik asanlaşdı: artıq elektron şəxsiyyət vəsiqəsi də keçərlidir26 / 07 / 2024, 15:53Azərbaycanın mədəniyyət naziri Serbiyanın mədəniyyət naziri ilə görüşüb26 / 07 / 2024, 15:45Təqaüdündən yığdığı 6600 manatla tur paketi aldı, aldadıldı - Şirkət və DİN-dən reaksiya26 / 07 / 2024, 14:38SİMA-nın yeni Videozəng həlli istifadəyə verildi26 / 07 / 2024, 14:35Mərkəzi Bank “Naxçıvanbank”da hesabı olanlara müraciət etdi26 / 07 / 2024, 14:29Qaxda Kürmükçaydan sel keçir26 / 07 / 2024, 14:26
Bütün xəbərlər