Geomaqnit qasırğası gözlənilir - Meteohəssas insanların NƏZƏRİNƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

Geomaqnit qasırğası gözlənilir - Meteohəssas insanların NƏZƏRİNƏ

Qafar Ağayev13:36 - 13 / 05 / 2024
Geomaqnit qasırğası gözlənilir - Meteohəssas insanların NƏZƏRİNƏ

Proqnoz günlərində (13-19 may) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 95%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 75% təşkil edir.

1news.az xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat paylaşıb.

Məlumatda bildirilib ki, enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə 10-12 may tarixlərində 3664 oblastındakı alışmalara bağlı olaraq S1 səviyyəsinə yüksəlməsi ehtimalı var.

Günəş küləyinin sürətinin ardıcıl baş vermiş tac kütlə atılmalarının (TKA) təsiri ilə mayın 14-dən sonra sürətinin azalacağı gözlənilir. Əlavə olaraq Yüksəksürətli Tac Dəliyi Axınlarının (YTDA) təsiri də olacaq.

Geomaqnit sahəsinin gözlənilən TKA və əlavə olaraq YTDA-nın təsiri nəticəsində bu gün güclü (G3), sabah isə zəif (G1) geomaqnit qasırğası gözlənilir.

Paylaş:
162

Son xəbərlər

Bütün xəbərlər