Ağdamda Birinci Qarabağ müharibəsinin iki şəhidi dəfn edilib – YENİLƏNİB 1 | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdamda Birinci Qarabağ müharibəsinin iki şəhidi dəfn edilib – YENİLƏNİB 1

15:39 - 13 / 05 / 2024
Ağdamda Birinci Qarabağ müharibəsinin iki şəhidi dəfn edilib – YENİLƏNİB 1

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Məhərrəm İsmayıl oğlu Əzizovla Bərdə rayonunun 866 saylı qəsəbəsində, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Hikmət Zili oğlu Əliyevlə Ağdam rayonunun Ergi kəndində keçirilən vida mərasimi başa çatıb.

1news.az-ın “Report”a istinadən məlumatına görə, şəhidlərin nəşi Ağdam rayonu Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidlərin doğmaları, Ağdam Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

14:19

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Hikmət Zili oğlu Əliyevlə Ağdam rayonunun Ergi kəndində keçirilən vida mərasimi başa çatıb.

1news.az-ın “Report”a istinadən məlumatına görə, şəhidin nəşi dəfn olunmaq üçün Ağdam rayonunun Quzanlı qəsəbə qəbiristanlığına aparılır.

14:01

Ağdam rayonunun Sarıcalı kəndi ərazisindəki kütləvi məzarlıqda aşkarlanan Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Hikmət Zili oğlu Əliyevin meyitinin qalıqları Ağdam rayonuna gətirilib.

1news.az-ın “Report”a istinadən məlumatına görə, şəhidin nəşi Ağdam rayonunun Ergi kəndində ailəsinə təhvil verilib.

Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Hikmət Zili oğlu Əliyev1974-cü il yanvarın 1-də Ağdam rayonunun Mərzili kəndində anadan olub. O, 1993-cü il iyulun 23-də Ağdam rayonunun Sarıcalı kəndi ərazsində itkin düşüb.

H.Əliyev Ağdam rayonu Quzanlı qəsəbə qəbiristanlığında dəfn olunacaq.

Paylaş:
677

Son xəbərlər

Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42
Bütün xəbərlər