Bu il övladlığa verilən və ailəsinə qaytarılan uşaqların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu il övladlığa verilən və ailəsinə qaytarılan uşaqların sayı açıqlanıb

Qafar Ağayev12:53 - 13 / 05 / 2024
Bu il övladlığa verilən və ailəsinə qaytarılan uşaqların sayı açıqlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi bu ilin ötən dövründə 46 uşağı övladlığa verib.

Bu barədə 1news.az-a nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, övladlığa verilən uşaqlardan 24-ü oğlan, 22-si qızdır.

Bundan başqa, reinteqrasiya tədbirləri nəticəsində bu il dövlət uşaq müəssisələrindən 33-ü oğlan, 25-i qız olmaqla 58 uşaq ailələrinə qaytarılıb.

Xatırladaq ki, uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətinin öyrənilməsi üçün onlar 18 yaşına çatanadək övladlığagötürmənin birinci ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə olmaqla monitorinqlər aparılır.

Paylaş:
219

Son xəbərlər

Bütün xəbərlər