ATƏT sədri: Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhün olması bizim üçün prioritetdir
“Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün əldə olunması ATƏT üçün prioritet məsələdir”
1news.az xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri Yan Borq Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında çıxışı zamanı deyib.
“Uzunmüddətli sülh üçün diplomatiya yolundan davam etməliyik. Dünən Ermənistanda səfərdə olarkən də bildirdim ki, məsələnin həll yolu danışıqlardan keçir”, - deyə o qeyd edib.
139