Balakəndə qanunsuz tikili sökülüb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Balakəndə qanunsuz tikili sökülüb - VİDEO

14:35 - 14 / 05 / 2024
Balakəndə qanunsuz tikili sökülüb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

1news.az FHN-ə istinadən xəbər verir ki, bu çərçivədə, Balakən rayonunun Hənifə kəndi ərazisində vətəndaş tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Balakən Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.

Paylaş:
264

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər