QDF “PAŞA Holding” və BMT-nin “COP 29-a gedən yol” tədbirində “Yaşıl guşə” ilə iştirak edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

QDF “PAŞA Holding” və BMT-nin “COP 29-a gedən yol” tədbirində “Yaşıl guşə” ilə iştirak edib - FOTO

Qafar Ağayev14:51 - 14 / 05 / 2024
QDF “PAŞA Holding” və BMT-nin “COP 29-a gedən yol” tədbirində “Yaşıl guşə” ilə iştirak edib - FOTO

Mayın 10-da “PAŞA Holding” və BMT-nin Azərbaycan nümayəndəliyi tərəfindən “COP29-a gedən yol” proqramı çərçivəsində ilk tədbir baş tutub.

1news.az xəbər verir ki, tədbirdə Qarabağ Dirçəliş Fondu “Yaşıl guşə” ilə iştirak edib. Xüsusi tərtibatla hazırlanan və ətraf mühitin qorunmasına həsr edilən guşə tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Guşəni ziyarət edən Azərbaycan Respublikası energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva və “PAŞA Holding”in əməkdaşları “Yaşıl guşə”, eləcə də Qarabağ Dirçəliş Fondunun layihələri ilə tanış olublar.

“Yaşıl guşə”ni ziyarət edən şəxslərə Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi və sifarişi ilə işğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpası istiqamətində həyata keçirilən layihələr, xüsusən də Fondun sifarişi və maliyyə dəstəyi ilə Füzuli şəhərində salınacaq Füzuli Mərkəzi Parkı ilə bağlı geniş məlumat verilib, interaktiv monitor vasitəsilə Parkın planı əyani şəkildə nümayiş etdirilib. Eləcə də Zəngilan şəhərinin girişində 30 min ağacdan ibarət meşə massivinin salınması ilə bağlı məlumat diqqətə çatdırılıb.

Eyni zamanda ziyarətçilər erməni işğalçılarının Qarabağda törətdikləri ekoloji sıyqırımı – ekosidlə də tanış olmaq imkanı əldə ediblər.

Tədbir zamanı “PAŞA Holding”in əməkdaşları Qarabağ Dirçəliş Fondunun hazırda icra etdiyi ekoloji layihələrə ümumi dəyəri 700 manat təşkil edən 70 ağac ianə ediblər. İanə etmiş şəxslərə “PAŞA Holding” tərəfindən simvolik olaraq dibçəkdə bitki hədiyyə edilib.

Qeyd edək ki, “29 İqlim söhbəti: COP29-a gedən yol” proqramının əsas məqsədi qlobal iqlim problemi ilə mübarizə aparmaq üçün müxtəlif sektorlar arasında birgə fəaliyyətə təkan vermək və dialoq yaratmaqdır.

Bu silsilədən “PAŞA Holding”in dəstəyi ilə təşkil olunacaq növbəti tədbirlərdə benefisiar qismində yerli və beynəlxalq media nümayəndələrinin, müştəri və tərəfdaşların, qeyri-hökumət təşkilatlarının iştirakı, spiker qismində isə BMT-nin müxtəlif agentliklərinin mövzu üzrə ekspertlərinin çıxışlarının təşkili nəzərdə tutulur.

Nəzərinizə çatdıraq ki, Qarabağ Dirçəliş Fondu may ayının 5-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Bakı Marafonunda da “Marafon bağı” adlı böyük pavilyonla iştirak edib.

Paylaş:
230

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər