BMT Azərbaycan və PAŞA Holding “29 İqlim Söhbəti: COP29-a gedən yol” Proqramı çərçivəsində tədbir keçirib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

BMT Azərbaycan və PAŞA Holding “29 İqlim Söhbəti: COP29-a gedən yol” Proqramı çərçivəsində tədbir keçirib - FOTO

15:13 - 14 / 05 / 2024
BMT Azərbaycan və PAŞA Holding “29 İqlim Söhbəti: COP29-a gedən yol” Proqramı çərçivəsində tədbir keçirib - FOTO

BMT-nin Azərbaycandakı nümayəndəliyi və PAŞA Holding-in birgə əməkdaşlığı ilə keçirilən “29 İqlim Söhbəti: COP29-a gedən yol”da növbəti tədbir “BMT-nin İqlim Dəyişikliyi Konfransına Ümumi Baxış: Özəl Sektor Perspektivləri” mövzusuna həsr olunub.

Silsilədən dördüncü, PAŞA Holding ilə birgə ilk dəfə təşkil olunan tədbirdə PAŞA Qrup şirkətlərinin 200-dən çox əməkdaşı iştirak edib.

Tədbirdə PAŞA Holding-in Qrup üzrə Strateji İdarəetmə Departamentinin direktoru Teymur Hüseynov, COP29 Azərbaycan şirkətinin baş icraçı direktoru Elnur Soltanov və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva açılış nitqləri ilə çıxış ediblər. O cümlədən UNFCCC-nin Hökumətlərarası Dəstək və Kollektiv Proqres Departamentinin Direktoru Sesiliya Njenqa, BMT Qlobal Sazişinin Ətraf Mühit və İqlim üzrə Rəhbəri Fernando Castellanos və Sustainera Solutions şirkətinin Təsisçisi və İcraçı Direktoru İlkin Hacıyev detallı təqdimatlarla çıxış etdilər. Tədbir zamanı əməkdaşlar üçün Qarabağ Dirçəliş Fondunun hazırda icra etdiyi ekoloji layihələrə ianə etmək imkanı da yaradılıb.

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva PAŞA Holding ilə əməkdaşlığın əhəmiyyətini vurğulayaraq qeyd etdi ki, “Özəl sektor iqlimlə bağlı fəaliyyət üçün kritik iştirakçılardan biridir və biz bu mühüm prioritetdə PAŞA Holding ilə əməkdaşlıq etməkdən məmnunuq. Təkcə ölkə üçün deyil, həm də dünya üçün”.

“İqlim mövzusunun aktuallığını nəzərə alaraq, biz öz “stakeholder”lərimiz üçün həm COP29, həm də ümumilikdə iqlim çağırışları barədə məlumatlılıq səviyyəsinin artırılması imkanını yaratmaq istədik. Beləcə, BMT Azərbaycan tərəfindən “29 İqlim Söhbəti” təşəbbüsü barədə eşidən kimi bu təşəbbüsə qoşulmaq niyyətimizi bildirdik. Təşəbbüs çərçivəsində BMT tərəfindən ümumilikdə 29 tədbir keçiriləcək və bu tədbirlərdən 4-ü PAŞA Holding-in tərəfdaşlığı ilə baş tutacaq. Bu gün biz bu tədbirlərdən ilkini keçiririk. Çünki müzakirələrə məhz əməkdaşlarımızdan başlamaq istədik”, - deyə Teymur Hüseynov vurğulayıb.

“29 İqlim Söhbəti: COP29-a aparan yol” proqramı qlobal iqlim böhranı ilə mübarizə aparmaq üçün müxtəlif sektorlar arasında birgə fəaliyyət və dialoqu təşviq etmək məqsədi daşıyır. PAŞA Holding-in dəstəyi ilə təşkil olunacaq bu silsilənin növbəti tədbirlərində yerli və beynəlxalq media nümayəndələri, müştərilər, tərəfdaşlar və qeyri-hökumət təşkilatları ilə BMT-nin müxtəlif qurumlarının mövzu ilə bağlı ekspertlərinin iştirakı nəzərdə tutulub.


Reklam hüququnda

Paylaş:
237

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər