“Xan arxı” suvarma kanalı tullantılardan təmizlənib
"Xan arxı" adlanan suvarma kanalının Gəncə şəhəri Abbas Səhhət küçəsindən keçən hissəsi tullantılardan təmizlənib.
Bu barədə 1news.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Azər Quliyev məlumat verib.
O bildirib ki, kanal Xidmətin əməkdaşlarının nəzarəti altında tullantıların idarə olunmasına cavabdeh qurum olan Gəncə şəhər Mənzil Komunal Təsərrüfatı İstehsalat Birliyinin və kanala xidmət göstərən “Göygöl Suvarma Sisteməri” idarəsinin işçiləri tərəfindən tullantılardan təmizlənib.
Qeyd edək ki, sosial şəbəkələrdə sözügedən kanalın Gəncə şəhəri Abbas Səhhət küçəsindən keçən hissəsinin tullantılarla çirkləndirilməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
203