Azərbaycanda küləkli hava şəraiti xəbərdarlığı rəng şkalası ilə təqdim olunmağa başlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda küləkli hava şəraiti xəbərdarlığı rəng şkalası ilə təqdim olunmağa başlanılıb

15:46 - 16 / 05 / 2024
Azərbaycanda küləkli hava şəraiti xəbərdarlığı rəng şkalası ilə təqdim olunmağa başlanılıb

Sabah güclü külək olacaq.

1news.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti Sarı xəbərdarlıq yayıb.

Xəbərdarlıqda qeyd edilib ki, küləyin sürəti 13.9-20.7 m/san (7-8 bal) gücündə olacaq. Bu cür külək ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka ziyan üçün orta risk təşkil edir. Güclü külək əsasən Bakı, Sumqayıt, Abşeron, Salyan, Neftçala, Mingəçevir, Yevlax, Gəncə, Göygül, Goranboy, Samux və Şəmkirdə gözlənilir.

Qeyd edək ki, ölkədə küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq artıq rəng şkalası ilə təqdim olunacaq.

Paylaş:
384

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər