Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra ediləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra ediləcək

17:36 - 16 / 05 / 2024
Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra ediləcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən şəhər darboğazlarında hərəkətin yenidən təşkili üzrə layihələrə start verilib.

1news.az AYNA-ya istinadən xəbər verir ki, yol hərəkətinin təkmilləşdirilməsi, sıxlıq və tıxac hallarının aradan qaldırılması məqsədilə Bakı şəhərində mərhələli şəkildə 7 layihə icra olunacaq.

İlkin olaraq, Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsində darboğazın aradan qaldırılması, piyadaların və sürücülərin təhlükəsiz hərəkətinin təmin edilməsi üçün yol hərəkəti yenidən təşkil edilir.

AYNA tərəfindən ərazidə yol infrastrukturu və nəqliyyat axını təhlil edilib. Təklif layihəsi hazırlanaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim olunub və müvafiq qaydada razılaşdırılıb.

Artıq icrasına başlanılan layihə çərçivəsində Babək prospektinin köməkçi hərəkət hissəsi ilə Yeni Günəşli qəsəbəsi istiqamətindəki nəqliyyat vasitələri və dairədəki nəqliyyat vasitələri arasında hərəkət növbəliliyinin təmin edilməsi üçün işıqforla nizamlanan, dairəyə daxil olan digər istiqamətlərdə isə dairəvi hərəkətin təşkili nəzərdə tutulur.

Babək prospektinin köməkçi yolu ilə Mikayıl Əliyev küçəsi və şəhər mərkəzi istiqamətində hərəkət edən nəqliyyat axınlarını bir-birindən ayıran yarımdairə ləğv edilərək vahid dairə ilə əvəz olunacaq.

Piyadaların yolu təhlükəsiz şəkildə keçmələrini təmin etmək üçün bütün istiqamətlərdə əlçatan piyada keçidləri təşkil ediləcək. Həmçinin ərazidə norma və qaydalara uyğun yol nişanlanması da aparılacaq.

Nəticədə Babək prospektinin Mikayıl Əliyev küçəsi ilə kəsişməsində günün əsasən pik, bəzən hətta qeyri-pik saatlarında müşahidə olunan tıxac və sıxlıq halları aradan qaldırılacaq, kəsişmədə hərəkət növbəliliyi təmin ediləcək. Bununla da piyadaların və sürücülərin təhlükəsizlik səviyyəsi artırılacaq.

Paylaş:
340

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər