Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib - FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib - FOTO

17:45 - 17 / 05 / 2024
Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib - FOTO

Dövlət Pantomima Teatrının fəaliyyətə başlamasının 30 illik yubileyi ilə əlaqədar teatrın kollektivi ilə Mədəniyyət Nazirliyində görüş keçirilib.

Bu barədə 1news.az-a nazirlikdən bildirilib.

Mədəniyyət naziri Adil Kərimli yubiley münasibətilə teatrın kollektivinə təbriklərini çatdırıb, yaradıcılıq uğurları arzulayıb.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə mədəniyyət sahəsinin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Teatr sahəsi də ölkə başçısının diqqət mərkəzindədir. Ötən gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına “milli” statusunun verilməsi bu sahəyə olan qayğının parlaq təzahürüdür.

Bildirilib ki, Pantomima teatrının müasir Azərbaycan səhnə sənəti salnaməsində məxsusi yeri var. Yaradıcı kollektivin təqdim etdiyi yeni teatr estetikası təkcə ölkəmizdə deyil, eyni zamanda bir sıra ölkələrdə də maraq və rəğbətlə qarşılanır.

Diqqətə çatdırılıb ki, digər teatrlarımız kimi, Pantomima teatrının da fəaliyyəti dövlət başçısı tərəfindən yüksək qiymətləndirilib, əməkdaşlar bir sıra dövlət təltiflərinə layiq görülüblər.

Teatrın bədii rəhbəri Xalq artisti Bəxtiyar Xanızadə çıxış edərək teatrın fəaliyyətinə verilən dəyərə görə minnətdarlığını bildirib. Deyib ki, kollektiv son aylarda 4 beynəlxalq festivalda uğurla iştirak edib. Dövlət dəstəyi olmadan bu qastrolları gerçəkləşdirmək mümkün deyil.

Xalq artistləri Hacı İsmayılov, Nurəddin Mehdixanlı, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə və başqaları çıxış edərək Pantomima teatrının kollektivini təbrik edib, yeni səhnə uğurları arzulayıblar.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə rəhbəri olduğu sənət ocağına “milli” statusunun verilməsinə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya teatrın kollektivi adından minnətdarlığını bildirib. Qeyd edib ki, bu status maddi və mənəvi baxımdan vacib əhəmiyyət daşımaqla yanaşı, kollektiv üçün böyük məsuliyyət deməkdir.

Görüşdə yubiley münasibətilə teatrın kollektivinə Mədəniyyət Nazirliyinin Fəxri diplomu təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Dövlət Pantomima Teatrı 16 may 1994-cü ildə Mədəniyyət Nazirliyinin sərəncamı ilə “Dəli yığıncağı” Pantomima teatr-studiyası kimi yaranıb və Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərib. Teatrın əsası Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Xalq artisti Bəxtiyar Xanızadə tərəfindən qoyulub. 2000-ci ildə teatr-studiyaya “dövlət” statusu verilib.

Teatrın repertuarında Azərbaycan və dünya ədəbiyyatı klassiklərinin əsərləri ilə yanaşı, müasir müəlliflərin də yaradıcılıq nümunələri yer alır. Kollektiv qatıldığı çoxsaylı beynəlxalq festivallarda ölkəmizin teatr mədəniyyətini layiqincə təmsil edib, uğurlara imza atıb.

Paylaş:
592

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər