DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək

11:17 - 18 / 05 / 2024
DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək

Azərbaycanda yeni tədris ilində iki yeni universitetin açılması qəbul ballarına təsir edəcək.

1news.az "Report"a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

DİM sədri bildirib ki, keçid balları ali məktəbə, ixtisasa və verilən plan yerlərinə uyğun müəyyənləşir: "Bu il şagird sayının artması və açılan iki yeni universitetə qəbul keçid ballarına təsir edəcək. Bəzi ixtisaslarda orta bal 1-2 bal arta bilər".

Qeyd edək ki, yeni tədris ilində iki yeni ali təhsil müəssisəsi - Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universiteti fəaliyyətə başlayacaq.

Paylaş:
353

Son xəbərlər

Bütün xəbərlər