Direktor müavini: Böyük Qayıdış məktəbliləri Qarabağ Universitetində oxumaq arzusundadırlar | 1news.az | Xəbərlər
Cəmiyyət

Direktor müavini: Böyük Qayıdış məktəbliləri Qarabağ Universitetində oxumaq arzusundadırlar

16:12 - 20 / 05 / 2024
Direktor müavini: Böyük Qayıdış məktəbliləri Qarabağ Universitetində oxumaq arzusundadırlar

"4 şagirdimiz təhsillərini Qarabağ Universitetində davam etdirməyi arzulayır".

1news.az xəbər verir ki, bunu "Azərbaycan müəllimi" qəzetinin "Böyük Qayıdışın ilk məktəbləri" rubrikası çərçivəsində Laçın şəhər 2 nömrəli tam orta məktəbin direktor müavini Şəbnəm Uğurlu deyib.

O bildirib ki, təhsil müəssisəsi 43 şagirdlə fəaliyyətə başlasa da, hazırda məktəbdə 112 şagird təhsil alır.

"Onların əksəriyyəti paytaxt məktəblərindən gəlib. Təhsil prosesinin təşkili həm şagirdləri, həm də valideynləri olduqca qane edir. Məktəbdə müasir dövrün tələblərini özündə ehtiva edən fənn kabinetlərinin, laboratoriyaların, peşəkar təhsil işçilərinin olması ürəkaçandır. Məktəb psixoloqunun və bütün pedaqoji kollektivin səyi nəticəsində şagirdlərin adaptasiya prosesi olduqca asan həyata keçirilib. Belə ki, fərqli məktəblərdən gəlmələrinə baxmayaraq, şagirdlər sanki illərin dostudurlar. Onların maraq dairəsinə uyğun olaraq dərsdənkənar məşğələlər keçirilir, ekskursiyalar təşkil olunur".

Direktor müavini qeyd edib ki, şagirdlərin akademik göstəricilərini artırmaq məqsədilə bir çox bilik yarışları təşkil edilib.

"Onların fənn müsabiqələrində və olimpiadalarda iştirakı təmin olunub. Belə ki, Lütfi-Zadə adına məntiq olimpiadasına 8 məktəblimiz qatılıb, təbiət fənni üzrə 4, riyaziyyat fənni üzrə müsabiqədə isə 3 şagirdimiz iştirak edib. Olimpiadaya qatılan şagirdlərdən 4 nəfəri ikinci mərhələyə keçmək hüququ əldə edib. “Qərbi Azərbaycana qayıdış olimpiadası”nda isə 10 nəfər şagird iştirak edib".

Şəbnəm Uğurlunun sözlərinə görə, bu il məktəbin 15 nəfər şagirdi IX siniflərin buraxılış imtahanında iştirak edib, onlardan biri 232 bal toplayıb.

"4 şagirdimiz isə bu il təhsillərini başa vururlar və onlardan biri - Zəhra Quliyeva 215 bal toplayıb. Onlar təhsillərini Qarabağ Universitetində davam etdirməyi arzulayırlar.

Paylaş:
159

Son xəbərlər

Şamaxıda narkokuryer tutuldu26 / 07 / 2024, 17:48MSK parlament seçkiləriylə əlaqədar seçki bülletenlərinə aid tələbləri təsdiqləyəcək26 / 07 / 2024, 17:40Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib26 / 07 / 2024, 17:27Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinə dekan təyin olunub26 / 07 / 2024, 17:24AZAL iki milyonuncu sərnişinini mükafatlandırdı26 / 07 / 2024, 17:08Aİ Şurası Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndə təyin edib26 / 07 / 2024, 17:05PAŞA Holding-in törəmə şirkətlərindən olan PAŞA Sığorta “İnklüzivlik ayı” adı altında sosial layihə həyata keçirib - FOTO26 / 07 / 2024, 17:00Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb26 / 07 / 2024, 16:49Qazaxıstanla müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq haqqında saziş təsdiqləndi26 / 07 / 2024, 16:41Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu yenidən qurulur - FOTO26 / 07 / 2024, 16:37Şimşək, yağış, 33 dərəcə isti - Faktiki hava26 / 07 / 2024, 16:29Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib26 / 07 / 2024, 16:23İqtisadiyyat Nazirliyində qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib26 / 07 / 2024, 16:15Milli Hidrometeorologiya Xidməti gözlənilən güclü küləkli hava şəraiti və sel təhlükəsi ilə bağlı çağırış edib26 / 07 / 2024, 16:01Qatarlara minik asanlaşdı: artıq elektron şəxsiyyət vəsiqəsi də keçərlidir26 / 07 / 2024, 15:53Azərbaycanın mədəniyyət naziri Serbiyanın mədəniyyət naziri ilə görüşüb26 / 07 / 2024, 15:45Təqaüdündən yığdığı 6600 manatla tur paketi aldı, aldadıldı - Şirkət və DİN-dən reaksiya26 / 07 / 2024, 14:38SİMA-nın yeni Videozəng həlli istifadəyə verildi26 / 07 / 2024, 14:35Mərkəzi Bank “Naxçıvanbank”da hesabı olanlara müraciət etdi26 / 07 / 2024, 14:29Qaxda Kürmükçaydan sel keçir26 / 07 / 2024, 14:26
Bütün xəbərlər