Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib | 1news.az | Xəbərlər
Cəmiyyət

Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib

18:05 - 20 / 05 / 2024
Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib

Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ında dəyişiklik edilib.

1news.az xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb.

Qərara əsasən, notariuslar öz vəzifələrini yerinə yetirərkən "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hallarda və qaydada monitorinq olunmalı əməliyyatlara dair, həmçinin hədəfli maliyyə sanksiyalarının tətbiqi ilə əlaqədar məlumat və sənədlərin təqdim edilməsi ilə bağlı tələblərə riayət etməli, bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi və normativ xarakterli aktlarında nəzərdə tutulmuş digər tədbirləri həyata keçirməlidirlər.

Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müştəri uyğunluğu tədbirlərinin tətbiqi mümkün deyilsə, hər hansı əməliyyat həyata keçirilməməli, işgüzar münasibətlər yaradılmamalı, habelə işgüzar münasibətlərə xitam verilməli və bu barədə maliyyə monitorinqi orqanına məlumat verilməlidir.

Həmçinin, notariuslar “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsində nəzərdə tutulan aktivləri beynəlxalq və ölkədaxili siyahılar hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatında dərc edildiyi vaxtdan təxirə salınmadan və həmin maddədə göstərilən şəxslərə xəbərdarlıq etmədən dondurmalı və dərhal bu barədə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə, habelə maliyyə monitorinqi orqanına həmin internet informasiya ehtiyatı vasitəsiləməlumat verməlidirlər.

Paylaş:
229

Son xəbərlər

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 11:30Prezident Laosun dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:29İlham Əliyev BƏƏ-nin dövlət başçısını təbrik edibBu gün, 11:13Bakı və Sumqayıtda avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanıldıBu gün, 10:52İlham Əliyev Qvineya-Bisaunun nümayəndə heyətini qəbul edibBu gün, 10:41Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayırBu gün, 10:22Azercell ahıllar üçün kibertəhlükəsizlik mövzusunda təlim keçdi - FOTOBu gün, 10:15DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edibBu gün, 09:59AZAL-dan “Cyber Monday” kampaniyası ilə endirimlərə davamBu gün, 09:45Əmtəə bazarlarında qızılın qiyməti enibBu gün, 09:44AMB dekabrın ilk valyuta məzənnəsini açıqladıBu gün, 09:30Co Bayden oğlunu əfv edibBu gün, 09:25Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 09:13Balakəndə satış məqsədilə evində külli miqdarda narkotik vasitələr saxlayan şəxs tutulub - FOTOBu gün, 09:10Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:09Bakıda tıxac müşahidə edilən küçə və prospektlərBu gün, 09:04Kürdəmirdə ağır yol qəzası olub, ölən var30 / 11 / 2024, 18:07Ötən gün 49 cinayətin üstü açılıb - DİN30 / 11 / 2024, 17:36Sabirabad sakinləri elektrik dirəyindən yıxılıb, biri ölüb, digəri ağır yaralanıb30 / 11 / 2024, 17:04FHN silsilə maarifləndirmə tədbirləri keçirib30 / 11 / 2024, 16:41
Bütün xəbərlər