Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb
Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb.
Bu barədə 1news.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Agentlik əməkdaşları "Halal Food" MMC-nin Gürcüstandan idxal etdiyi “Chirina LTD” müəssisəsinin istehsalı olan ümumi çəkisi 5048 kq dondurulmuş toyuq əti məhsulu partiyalarından nümunələr götürərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Aparılan sınaq nəticəsinə əsasən, nümunələrdə salmonella bakteriyası aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq təhlükəli məhsulun gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib.
136