Bakı aeroportuna işləyən avtobusların intervalı 25 dəqiqəyə endirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı aeroportuna işləyən avtobusların intervalı 25 dəqiqəyə endirilib

Qafar Ağayev13:07 - 21 / 05 / 2024
Bakı aeroportuna işləyən avtobusların intervalı 25 dəqiqəyə endirilib

Bu gündən etibarən havalimanı ekspress marşrut xəttinin hərəkət qrafikində dəyişiklik edilib.

1news.az bu barədə "BakuBus" MMC-yə istinadən xəbər verir.

"Sizə daha keyfiyyətli və operativ xidmət göstərmək məqsədilə ekspress avtobuslarının intervalı 30 dəqiqədən 25 dəqiqəyə endirilib, müvafiq olaraq bu marşrut xətti üzrə hərəkət edən avtobusların sayı artırılıb", - deyə məlumatda qeyd olunub.

Paylaş:
189

Son xəbərlər

Bütün xəbərlər