Tovuzda evdə yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Tovuzda evdə yanğın olub

15:38 - 21 / 05 / 2024
Tovuzda evdə yanğın olub

Tovuz rayonunun Əyyublu kəndində yanğın olub.

1news.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 260 m² (hər mərtəbəsi 130 m²) olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində bir otağın yanar konstruksiyası 20 m² sahədə, digər iki otağın tavanı 60 m² sahədə və dam örtüyünün taxta atmaları 80 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
356

Son xəbərlər

Bütün xəbərlər