Üç rayonda kömür quyuları aşkarlanıb, səkkiz nəfər cəzalandırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Üç rayonda kömür quyuları aşkarlanıb, səkkiz nəfər cəzalandırılıb

17:32 - 21 / 05 / 2024
Üç rayonda kömür quyuları aşkarlanıb, səkkiz nəfər cəzalandırılıb

Quba, Göygöl və Qəbələ rayonları ərazisində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar olunub.

1news.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Quba rayonu Rustov kənd sakini Novruz Cəbrayılov, Göygöl rayonu Toğanalı kənd sakinləri Əfəndil Ocaqverdiyev, Rəşad Qurbanov, Orxan Qurbanov, Hidayət Həsənov, Sərxan Quliyev və Qəbələ rayonu Nic qəsəbə sakinləri Andrey Dallari və Anton Karami olduğu müəyyən edilib.

Faktlarla bağlı qanunsuz kömür istehsal edən şəxslər barəsində akt, protokol tərtib edilərək qanunamüvafiq tədbir görülüb, kömür quyuları isə ləğv edilib.

Paylaş:
246

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər